UEFA “Qarabağ”ın rəqiblərini cərimələdi

14:21 5 Noyabr 2022

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olmuş Fransanın "Nant" və Almaniyanın "Frayburq" klublarını cərimələyib.
 
Sportarena.az xəbər verir ki, buna sözügedən komandalar arasında qrup mərhələsinin 4-cü turu çərçivəsində oktyabrın 13-də Fransada keçirilmiş oyunda baş verənlər səbəb olub.
 
"Nant" azarkeşlər pirotexniki vasitələrdən istifadə etdiyi üçün 20 min avro məbləğində ziyana düşüb. Kluba iki il sınaq müddəti verilib. Bu hal təkrarlanacağı təqdirdə, Fransa təmsilçisi növbəti avrokubok matçında tribunaları qismən bağlamalı olacaq.
 
"Frayburq" isə fanatların təxribatçı və təhqir xarakterli çıxışları ucbatından 15 min avro, tərəfdarların atəşfəşanlığına görə isə 30 min avro ödəcəyək. UEFA Bundesliqa klubuna da iki il sınaq müddəti təyin edib.
 
Xatırladaq ki, "Frayburq" səfərdə rəqibini 4 cavabsız qolla məğlub etmişdi. 


Digər xəbərlər

Xəbər xətti