İngiltərə millisinin və "Çelsi"nin futbolçusu Bencamin Çilvelin bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı rəsmiləşib.
Londonda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 2:1 hesabı ilə qalib gəldikləi UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununda dizindən xəsarət alan 26 yaşlı müdafiəçinin zədəsi ciddidir.
Bu səbəbdən təcrübəli oyunçu cari ili vaxtından əvvəl başa vurmalı olub.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İngiltərə millisi ABŞ, İran və Uelslə birlikdə B qrupunda mübarizə aparacaq.