Samir Abasov: “Sumqayıt” daha gözəl futbol göstərəcək”

23:03 5 Noyabr 2022

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 13-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. O, 2:2 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Oyun gərgin keçdi. İstəmirəm ki, futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi oyuna kölgə salım. İşlərimiz çoxdu. Bizim oyunumuz bu deyil. Bu qədər boşluqdan sonra sən də nələrsə etməlisən. Komanda bu vəziyyətdə yaxşı oynadı. Səbuhi Abdullazadə, Murad Xaçayev hərarəti ola-ola oynadı. Oyundan tez-tez düşürdülər. Azarkeşlərimiz möhtəşəm idi. Bizim futbolumuz daha gözəl olacaq. "Sumqayıt"ın rəqibləri üçün nə olacağını görəcəksiz.
 
Mənim "Neftçi" ilə əlaqəm qalmayıb. "Neftçi"yə nəyisə sübut etmək fikrim yoxdu. Bu gün qələbə qazana bilərdik. Vaxt lazımdır. Heç kimə ismarıc göndərmək istəmirəm. Oyuna digər matçlardakı kimi hazırlaşmışdıq.
 
Rəqib baş məşqçi ilə mübahisəyə gəlincə, iki kişinin arasında olan söhbətdir. Bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim”. 


Digər xəbərlər

Xəbər xətti