Dünya kuboku: Azərbaycan millisi finala yüksəldi

Sportarena.az      6 Noyabr 2022 , 00:15
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya kubokunda finala yüksəlib. Komanda B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib.
 
Görüş 5:5 hesabı ilə başa çatdığı üçün əlavə göstəricilərə baxılıb. Burada daha üstün olan Azərbaycan millisi həlledici raunda vəsiqə qazanıb - 22:19.
 
Yığmamız qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
 
Dünya kubokunda medal görüşləri noyabrın 6-da baş tutacaq.
 
55 kq
Nuqzari Tsurtsumia (Gürcüstan) - Eldəniz Əzizli - 0:9
 
60 kq
Aydos Sultangali (Qazaxıstan) - Murad Məmmədov - 4:1
 
63 kq
Leri Abuladze (Gürcüstan) - Taleh Məmmədov - 1:1 (sonuncu xal prinsipi ilə azərbaycanlı güləşçi qalib gəlib)
 
67 kq
Coni Xetsuriani (Gürcüstan) - Həsrət Cəfərov - 0:5
 
72 kq
Andrey Kulik (Ukrayna) - Ülvi Qənizadə - 7:1
 
77 kq
Zoltan Levai (Macarıstan) - Sənan Süleymanov - 1:8
 
82 kq
Jalqasbay Berdimuratov (Özbəkistan) - Rafiq Hüseynov - 1:3
 
87 kq
Aleks Kessidis (İsveçrə) - Murad Əhmədiyev - 2:3
 
97 kq
Nikoloz Kaxelaşvili (İtaliya) - Arif Niftullayev - 5:1
 
130 kq
Mantas Knistautas (Litva) - Sabah Şəriəti - 1:5
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin