Rumıniyanın paytaxtı Buxarestdə taekvondo üzrə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyi sona çatıb.
Sportarena.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnir idmançılarımız üçün yaxşı keçib.
Belə ki, İlkin Şahbazovun rəhbərlik etdiyi kollektivin iki üzvü qızıl medal qazanıb. Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) bütün rəqiblərini məğlub edərək ən güclü adına sahbi çıxıb.