Futbol üzrə Polşa çempionatında 16-cı turun oyunları keçirilib. Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Rakov”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:7.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.
“Visla” 16 turdan sonra 25 xalla 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.