"Neftçi"nin legioneri milliyə çağırıldı

13:42 6 Noyabr 2022

“Neftçi”nin hücumçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub. 22 yaşlı futbolçu noyabrın 13-dən 21-nə kimi BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.
 
Belarus millisi toplanış çərçivəsində noyabrın 17-də Suriya, 20-də isə Oman yığmaları ilə qarşılaşacaq.
 
Boqomolski Belarus milli komandasının heyətində 4 oyun keçirib. 


Digər xəbərlər

Xəbər xətti