Türkiyə Superliqasında 13-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Fənərbaxça" evdə "Sivasspor"a 1:0 hesabı ilə qalib gəlib. "Hatayspor" - "Başakşehir" görüşü isə 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turnir cədvəlinə 29 xalla (12 oyun) "Fənərbaxça" başçılıq edir. "Başakşehir" 24 xalla (12 oyun) 2-ci, "Qalatasaray" 24 xalla (12 oyun) 3-cüdür.
7 noyabr
"Fənərbaxça" - "Sivasspor" - 1:0
Qol:Valensiya, 55-pen
Qırmızı vərəqə: Batşuayi, 48-iki sarı vərəqə ("Fənərbaxça")
"Hatayspor" - "Başakşehir" - 3:3
Qollar: Yıldırım, 12, Kaabi, 75, Luis, 81 - Traore, 60, Aleksis, 65, Gürler, 90+1