Danimarka millisin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün ilkin heyəti bəlli olub.
Sportarena.az xəbər verir ki, Kasper Hyumlenin rəhbərlik etdiyi kollektivə 21 futbolçu cəlb edilib.
Qapıçılar: Kasper Şmeyxel ("Nitsa", Fransa), Oliver Kristensen ("Herta", Almaniya)
Müdafiəçilər: Simon Kyaer ("Milan", İtaliya), Yoakim Maehle ("Atalanta", İtaliya), Rasmus Kristensen ("Lids", İngiltərə), Yens Striger Larsen ("Trabzonspor", Türkiyə), Andreas Kristensen ("Barselona", İspaniya), Yoahim Andersen ("Kristel Pelas"), Viktor Nelsson ("Qalatasaray", Türkiyə), Matias Yensen ("Brentford", İngiltərə)
Yarımmüdafiəçilər: Daniel Vass ("Brondbü"), Pyer-Emili Hyobyerq ("Tottenhem"), Tomas Dileyni ("Sevilya", İspaniya), Kristian Eriksen ("Mançester Yunayted", İngiltərə), Andres Skov ("Brügge", Belçika), Yonas Vind ("Volfsburq", Almaniya), Mikkel Damsqaard ("Sevilya", İspaniya), Yasper Lindstrom ("Ayntraxt", Almaniya)
Hücumçular: Martin Breytveyt ("Espanyol", İspaniya), Andreas Kornelius ("Kopenhagen", Danimarka), Kasper Dolberq ("Sevilya", İspaniya).
Danimarka DÇ-2022-nin D qrupunda Fransa, Avstraliya və Tunislə mübarizə aparacaq.
Qətərdəki mundial noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək.