Bu ay Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək Yaponiya millisinin heyətində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, E qrupunda Almaniya, Kosta-Rika və İspaniya ilə mübarizə aparacaq asiyalıların müdafiəçi Yuta Nakayama zədə səbəbindən mundialda iştirak edə bilməyəcək.
Onu isə millidə "Şanon Belmar"ın forvardı Şuto Maşino əvəzləyib.
Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-dən dekabrın 18-nə qədər davam edəcək.