FİFA Rusiyanın Tacikistan yığması ilə yoldaşlıq matçını keçirməsinə icazə verib.
Sportarena.az xəbər verir ki, bu oyununun nəticəsi FİFA reytinqi hesablanarkən də nəzərə alınacaq.
Rusiya və Tacikistan yığmaları arasındakı görüş noyabrın 17-də baş tutacaq.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisində apardığı müharibəyə görə bu ölkənin yığması və klubları FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.