"Bavariya"nın aparıcı üzvü Sadio Mane zədələnib.
Sportarena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Bundesliqanın 14-cü turunda "Verder"ə qarşı görüşdə sıradan çıxıb.
Mane həmin matçın 20-ci dəqiqəsində Leroy Sane ilə əvəzlənib.
Onun bu ay Qətərdə start götürəcək dünya çempionatına qədər hazır olub-olmayacağı dəqiq deyil.
Xatırladaq ki, Manenin kapitanı olduğu Seneqal millisi mundialda Qətər, Niderland və Ekvadorla eyni qrupda mübarizə aparacaq.