"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasının 3-cü turundan "Turan Tovuz"la təxirə salınmış matçında zədələnib.
Sportarena.az xəbər verir ki, qolkiper son dəqiqələrdə topa çıxarkən Bədavi Hüseynovla toqquşub və yeri pis şəkildə düşüb.
Oyuna davam edən Məhəmmədəliyev hakimin final fitindən sonra xərəkdə paltardəyişmə otağına aparılıb.
"Turan Tovuz"un futbolçuları da xərəyi daşımaqda "Qarabağ"lılara kömək olub.
Xatırladaq ki, matç "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.