Almaniya çempionatı: “Frayburq” səfərdən xalsız döndü

11:04 10 Noyabr 2022

Almaniya Bundesliqasında 14-cü tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha 5 qarşılaşma baş tutub.

“Union Berlin” - “Auqsburq” matçında qalib müəyyənləşməyib. “Köln” evdə “Bayer”ə məğlub olub. “Ayntraxt” “Hoffenhaym”ı, “Leypsiq” “Frayburq”u, “Şalke” isə “Maynts”ı məğlub yola salıb.

14 turdan sonra “Bayern” 31 xalla vahid liderdir. “Union Berlin” və “Frayburq”un 27 xalı var. “Ayntraxt” 26 xalla dördüncüdürsə, növbəti pillələrdə qərarlaşmış “Leyspiq”lə Dortmund “Borussiya”sının 25 xalı var.

Almaniya Bundesliqası
14-cü tur
8 noyabr

Volfsburq – Borussiya (Dortmund) 2:0
Qol: Van de Ven, 6. Nmeça, 90+2.

Bayern – Verder 6:1
Qol: Musiala, 6. Qnabri, 22; 28; 82. Qoretska, 26. Tel, 84 – Yunq, 10.

Bohum – Borussiya (Mönhenqladbax) 2:1
Qol: Adyey, 9. Hofmann, 12 – Plea, 62.

Ştutqart – Herta 2:1
Qol: Jirassi, 3. Mavropanos, 90+8 – Lukebakio, 19.

9 noyabr

Köln – Bayer 1:2
Qol: Şmits, 30 – Amiri, 65. Diabi, 71.

Ayntraxt – Hoffenhaym 4:2
Qol: Sou, 6. Muani, 8. Ebimbe, 29. Lindstrom, 56 – Baumqartner, 38. O.Kabak, 46.

Leypsiq – Frayburq 3:1
Qol: Simakan, 54. Nkunku, 56. Forsberq, 78-pen – Kubler, 66.

Şalke – Maynts 1:0
Qol: Terodde, 10.

Union Berlin – Auqsburq 2:2
Qol: Bekker, 7. Behrens, 22 – Nyederlexner, 9; 49. 


Digər xəbərlər

Xəbər xətti