İtaliya çempionatı: "İnter" 6 qolla qələbə qazandı - VİDEO

11:27 10 Noyabr 2022

İtaliya A Seriyasında 14-cü turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, daha 5 qarşılaşma baş tutub.

Səfərdə “Sassuolo” ilə qarşılaşan “Roma” bu turu xal itkisi ilə başa vurub. “Atalanta” isə “Leççe” ilə səfər oyunundan məğlubiyyətlə qayıdıb. “Fiorentina” “Salernitana”nı, “Torino” da “Sampdoriya”nı məğlub yola salıb. “İnter” isə “Bolonya” ilə ev oyununda darmadağına sevinib.

İtaliya A Seriyası
14-cü tur
8 noyabr

Napoli – Empoli 2:0
Qol: Lozano, 69. Zelinski, 88.

Spetsiya – Udineze 1:1
Qol: Reça, 33 – Lovriç, 43.

Kremoneze – Milan 0:0

9 noyabr

Leççe – Atalanta 2:1
Qol: Başirotto, 27. Di Françesko, 29 – Sapata, 40.

Sassuolo – Roma 1:1
Qol: Pinamonti, 85 – Abraham, 80.

Fiorentina – Salernitana 2:1
Qol: Bonaventura, 15. Yoviç, 82 – Dia, 55.

İnter – Bolonya 6:1
Qol: Dzeko, 26. Dimarko, 36; 48. L.Martines, 42. H.Çalhanoğlu, 59-pen. Qosens, 76 – Likoyannis, 22.

Torino – Sampdoriya 2:0
Qol: Radonyiç, 29. Vlaşiç, 59.

 


Digər xəbərlər

Xəbər xətti