“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Ağdam təmsilçisi mövsümün ilk 13 oyununda qələbə qazanan ilk komanda olub.
Qurban Qurbanovun yetirmələri bunu Misli Premyer Liqasında III turdan təxirə salınan matçda rəsmiləşdirib. Ağdam təmsilçisi səfərdə “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib.
“Qarabağ” cari çempionatadək iki dəfə mövsümə 34 xalla başlayıb. Bunadək rekord isə 1992-ci ilə 12 start qələbəsi ilə başlayan “Neftçi”yə məxsus idi. Həm bakılılar, həm də onların seriyasını dayandıran Sumqayıt “Xəzər”i ilk 13 matçda 12 qələbə qazanıb.