"Qarabağ"ın müdafiəçisi 200-cü matçına çıxdı

13:42 10 Noyabr 2022

Misli Premyer Liqasının üçüncü turunun “Turan Tovuz”la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub.

Sportarena.az xəbər verir ki, 31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb. Hüseynov Ağdam klubunun heyətində 2012/13 mövsümündə debüt edib. O, 200 oyunda 4 qola imza atıb.

Müdafiəçi üç gün öncə daha bir yubileyini qeyd edib. XIII tur Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 300-cü matçı idi.

​Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna nail olub. 


Digər xəbərlər

Xəbər xətti