"Barselona" və Polşa millisinin hücumçusu Robert Levandovski bu ay Qətərdə start götürəcək dünya çempionatının favoritlərini açıqlayıb.
Sportarena.az "AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli hücumçu Braziliya və Argentinanın çempionluğa əsas namizəd olduğunu bildirib:
"Bu, tipik dünya çempionatı deyil. Çünki mövsümün ortasında oynanılacaq. İstənilən halda, Avropa və Amerika qitəsindən bir neçə favorit var. Məsələn, Braziliya millisi. Yaxud da, bizim qrupda da yer alan Argentina millisini qeyd edə bilərəm. Ancaq komandaların bəxti də gətirməlidir ki, bütün oyunçular lazımi vaxtda yaxşı formada olsun. Başqa cür olarsa, uğursuzluq mümkündü".
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək davam edəcək. Polşa millisi C qrupunda Meksika, Səudiyyə Ərəbistanı və Argentina ilə mübarizə aparacaq.