Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycandan yalnız "Qarabağ" yer alıb. Ağdam təmsilçisi ötən reytinqlə müqayisədə 8 pillə irəliləyib və 83-cü sırada qərarlaşıb.
Reytinq cədvəlində 329 xalla Braziliyanın "Flamenqo" klubu başçılıq edir. "Liverpul" (311) ikinci, "Palmeyras" (308) isə üçüncü pillədə qərarlaşıb.