Blatter də İranı DÇ-2022-də görmək istəmir

16:00 11 Noyabr 2022

FİFA-nın keçmiş prezidenti Yozef Blatter hesab edir ki, İran DÇ-2022-dən kənarlaşdırılmalıdır. Blatter xarici mətbuata açıqlamasında məsələyə belə münasibət bildirib:
 
“İrana dünya çempionatında iştirak qadağan edilməlidir”.
 
Sentyabr ayında İranda hicabı “səhv taxdığına” görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra etirazlar başlayıb.
 
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi qrupda İngiltərə, Uels və ABŞ-la mübarizə aparacaq. İranlılar ilk oyununu noyabrın 21-də ingilislərə qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti