"Valyadolid"in sahibi Ronaldo klubu satmağa hazırdır.
Sportarena.az “Relevo”ya istinadən xəbər verir ki, La Liqaya vəsiqə qazandıqdan sonra klubun illik büdcəsi 22 milyon avrodan 55 milyon avroya yüksəlib.
Braziliyalı stadionun yenidənqurulmasına təxminən 7 milyon avro xərcləyib.
“Yekədiş” vətəninə qayıtmağı planlaşdırır.
O, "Kruzeyro"nun da müəyyən səhmlərinə sahib çıxıb. Ronaldo “Valyadolid”i sataraq bütün sərmayəsini Braziliya klubuna yatırmaq niyyətindədi.