"Kasımpaşa" baş məşqçisi Şenol Canla yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Canın müqaviləsinə xitam verilib. Buna səbəb isə komandanın uğursuz nəticələridir.
Komanda hazırda 15 xalla 12-ci pillədədir.
Türkiyəli mütəxəssis avqustun 18-də baş məşqçi postuna gətirilmişdi.