Dmitri Nazarovun komandası səfərdən qələbə ilə döndü

13:29 12 Noyabr 2022

Futbol üzrə Almaniya 3-cü liqasında 17-ci turun oyunları keçirilib. Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qəbələ ilə ayrılıb - 1:0.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
“Ersgebirge” hazırda 14 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb. 


Xəbər xətti