"Bavariya" Sven Ulreyxlə müqaviləni müddətini uzadıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi 34 yaşlı qolkiperlə 2024-cü ilin yayınadək sözləşmə imzalanıb.
Onun Almaniya nəhəngi ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonunda başa çatacaqdı.
Sven bu mövsüm 8 oyuna çıxıb.
"Ştuttqart”, “Hamburq”da da çıxış etmiş 34 yaşlı qapıçı 2021-ci ildə Münhen klubuna geri qayıdıb.