Ukrayna millisinin və "Dinamo"nun (Kiyev) forvardı Artyom Besedin Azərbaycanda oynaya bilər.
Sportarena.az "ua-football.com"a istinadən xəbər verir ki, ukraynalı hücumçunun xidmətində “Qarabağ” maraqlıdır.
Ukraynalı həmkarlarımızın yazdığına görə, təkliflərdən hansı ciddi olarsa, Besedin qışda həmin komanda ilə anlaşacaq. Bu mövsüm “Dinamo”nun heyətində bütün turnirlərdə 18 matça çıxab ukraynalı qol vura bilməyib. Onun müqaviləsi 2024-cü il iyunun sonunda başa çatacaq.
Ağdam klubu ilə yanaşı “Kasımpaşa” və “Sivasspor” da Besedinin transferində maraqlıdır.