"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu qalmaqallı müsahibəsinə görə 1,14 milyon avro məbləğində cərimələyib.
Bu barədə "Metro" nəşri məlumat yayıb. Xəbər də o da bildirib ki, klub portuqaliyalı futbolçunu yanvar transfer pəncərəsi başlamazdan əvvəl buraxa bilər.
Qeyd edək ki, 37 yaşlı oyunçu daha əvvəl "The Sun"a müsahibəsində "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini və ondan hörmət görmədiyini bildirib.