"Qarabağ"ın futbolçuları - Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə dəvət edilib.
Sportarena.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu beynəlxalq yoldaşlıq oyunları çərçivəsində noyabrın 17-də Slovakiya, 3 gün sonra Sloveniya yığmasına qarşı oynanılacaq qarşılaşmalar üçün milliyə dəvət olunub.