Azərbaycan millisinin Moldova və Şimali Makedoniya ilə yoldaşlıq görüşlərində iştirak edə bilməyəcək “Qarabağ”ının müdafiəçisi Bədavi Hüseynovun son durumu bəlli olub.
Ağdam klubunun mərkəz müdafiəçisi Premyer Liqanın 14-cü turunun “Sabah”la oyununda (0:0) zədələnərək ikinci yarıda Kevin Medina ilə əvəzlənmişdi.
MRT-də müayinəsindən keçən futbolçunun zədəsinin ciddi olmadığı bəlli olub. Onun qarşıdakı həftə komandanın məşqlərinə qoşulacağı gözlənilir.