İdmançımız ağır atletika üzrə beynəlxalq turnirdə gümüş medal qazandı

21:02 15 Noyabr 2022

Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.

Sportarena.az xəbər verir ki, yarışda 16 ölkədən 72 atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

Bu gün Körpücük üzərinə Tehran Məmmədov çıxıb. O, 67 kq çəki dərəcəsində yarışıb. İdmançımız birdən qaldırma hərəkətində 126 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb. Tehran təkanla qaldırmada 147 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 273 kq (126+147) ilə 4-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti