Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

21:32 15 Noyabr 2022

Azərbaycan triatlonçusu Rostislav Pevtsov olimpiya reytinqində 11 pillə irəliləyib. Sportarena.az xəbər verir, buna 35 yaşlı idmançının Çilidə keçirilən Dünya Kubokunun Vina Del Mar mərhələsində 11-ci yeri tutması səbəb olub.
 
O, hazırda 48-ci sırada qərarlaşıb. Reytinqdə 55 ən yaxşı idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar. 


Digər xəbərlər

Xəbər xətti