"Qalatasaray"ın futbolçusu Lukas Torreyra karyerasını İtaliyada davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, uruqvaylı yarımmüdafiəçinin xidmətində "Milan" maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisi 26 yaşlı futbolçu üçün "sarı-qırmızılar"a təklif göndərib. "Milan" Uruqvay yığmasının üzvünü icarəyə götürmək üçün 2 milyon avro təklif edib. İtalyanlar futbolçunu birdəfəlik almaq üçün isə 12-13 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Qalatasaray" Lukas Torreyronu mövsümün əvvəlində "Arsenal"dan transfer edib. Təcrübəli oyunçu İstanbul klubunun heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.