Qətərdəki dünya çempionatı öncəsi Fransa millisi ciddi itki ilə üz-üzə qalıb.
Sportarena.az xəbər verir ki, millinin aparıcı üzvlərindən olan Kristofer Nkunku mundialın startına 4 gün qalmış sıradan çıxıb.
Məşqdə zədələnən futbolçu artıq heyətdən kənarlaşdırılıb. Onun əvəzinə isə "Ayntraxt"dan (Frankfurt) Kolo Muani milliyə cəlb edilib.
Fransa D qrupunda Danimarka, Tunis və Avstraliya ilə mübarizə aparacaq.