Fransalı baş hakim Yohan Hamel dünyasını dəyişib.
Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı referi məşq zamanı insult keçirib və vəfat edib.
Hamel vəfatına qədər Fransa çempionatının oyunlarına təyinat alırdı.
Son olaraq təcrübəli referi noyabrın 6-da keçirilən "Lill" - "Renn" matçında (1:1) baş hakim olub.