“Sabah”dan bombardiri ilə yeni müqavilə

16:50 16 Noyabr 2022

“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir.

 

Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur. 


Digər xəbərlər

Xəbər xətti