İngiltərə millisinin və "Çelsi"nin keçmiş futbolçusu Qari Keyhill karyerası ilə bağlı qəti qərar verib.
Sportarena.az xəbər verir ki, 36 yaşlı müdafiəçi peşəkar karyerasını başa vurub. "Kristal Pelas", "Aston Villa", "Bolton", "Çelsi" klublarında oynamış Keyhill son olaraq "Bornmut" klubunda çıxış edib.
Veteran müdafiəçi İngiltərə millisində 61 oyun keçirib.