Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsində 3-cü tur oyununa çıxıb.
Sportarena.az xəbər verir ki, qrossmeyster norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Matçın ilk üç partiyasında millimizin üzvü uduzduğu üçün 4-cü partiyaya ehtiyac olmatıb.
Ş.Məmmədyarov 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.