ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

11:30 17 Noyabr 2022

"Formula 1" üzrə dünya çempionatında çıxış edən ABŞ-ın "Haas" komandası Mik Şumaxerlə əməkdaşlığı dayandırır.

Tərəflər cari mövsümün sonunda müqaviləni pozmaqla bağlı razılığa gəliblər.

Almaniyalı pilot 2020-ci ilin dekabrında ABŞ təmsilçisi ilə müqavilə bağlamış, elə həmin ildə "Formula 2"də çempionluğu qazanmışdı.

Qeyd edək ki, Mik Şumaxer əfsanəvi pilot Mixael Şumaxerin oğludur. 


Digər xəbərlər

Xəbər xətti