“Qarabağ”ın azarkeşləri oturacaqları sındırdı, klub ziyanı ödəyəcək

18:33 17 Noyabr 2022

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIV turunda baş verənlər barədə aşağıdakı qərarlar qəbul edilib.

 

“Şamaxı” – “Sumqayıt” oyununda qonaqların futbolçusu Vüsal İsgəndərli oyundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırdığına görə 1 oyun cəzalandırılıb, klub 2400 manat cərimə edilib. Stadiona dəymiş ziyan "Sumqayıt" futbol klubu tərəfindən tam ödənilməlidir.

 

“Neftçi” – “Qəbələ” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 1600 manat cərimə olunub.

 

“Kəpəz” – “Turan Tovuz” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meysan sahibi 1600 manat cərimə edilib.

 

“Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

 

“Sabah” – “Qarabağ” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün “Sabah” klubu 1600 manat cərimə edilib.

 

“Qarabağ” azarkeşləri tərəfindən 54 ədəd oturacağın sıradan çıxarılmasına görə dəymiş ziyan Ağdam klubu tərəfindən stadiona tam ödənilməlidir. 


Digər xəbərlər

Xəbər xətti