Türkiyə millisinin heyətində növbəti ciddi tiki baş verib.
Sportarena.az xəbər verir ki, "ay-ulduzlular"ın hücumçusu Kerem Aktürkoğlu zədələnib. Məşq zamanı ayağından xəsarət alan "Qalatasaray"ın futbolçusunun durumu tibbi müayinədən sonra bəlli olacaq.
Türkiyə millisinin digər üzvü Ferdi Kadıoğlu da Şotlandiya ilə yoldaşlıq oyununda (2:1) zədələndiyi üçün düşərgəni tərk edib.
Qeyd edək ki, Kerem Aktürkoğlu cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 15 matçda 6 qol vurub.