Seneqal millisinin və "Bavariya"nın futbolçusu Sadio Mane əməliyyat olunub.
Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Əməliyyatın uğurla keçdiyi bildirilib. 30 yaşlı yarımmüdafiəçinin bu səbəbdən Seneqal millisi ilə DÇ-2022-də oynaya bilməyəcəyi vurğulanıb.