“Mançester Yunayted” Ronaldonu məhkəməyə verəcək

00:21 19 Noyabr 2022

“Mançester Yunayted” hücumçusu Kriştiano Ronaldonu məhkəməyə verir.

Bu barədə “The Guardian”  məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə klubu bu yaxınlarda verdiyi müsahibədə “qırmızı şeytanlar” haqda xoşagəlməz danışan portuqaliyalı futbolçuya qarşı məhkəmə iddiası hazırlamaq üçün vəkillər tutub.

Ronaldo “The Sun”a “Mançester Yunayted”in xəyanətindən, həmçinin Erik ten Haaqın etdiyi hörmətsizlikdən danışıb. Portuqaliyalı futbolçu həmçinin 2021-ci ilin yayında keçmiş komandasına qayıtmazdan əvvəl “Mançester City”yə keçməyə yaxın olduğunu açıqlayıb. Mətbuatda yayılan açıqlamalara görə klubun hücumçunu 1 milyon funt-sterlinq cərimə edəcəyi bildirilib.

Xatırladaq ki, 37 yaşlı Ronaldo İngiltərə çempionatının 12-ci turunda London “Tottenhem”i ilə oyunda final fiti çalınmamış “Old Trafford” stadionunu tərk etmişdi.


Digər xəbərlər

Xəbər xətti