DÇ-2022: Açılış oyununun hakimləri bəlli oldu

01:01 19 Noyabr 2022

Qətərdə keçiriləcək dünya çempionatının açılış matçının hakim təyinatları bəlli olub.

Sportarena.az xəbər verir ki, Qətər - Ekvador qarşılaşması italiyalı referi Daniele Orsatoya tapşırılıb. Hər iki komanda A qrupunda yer alır.

Noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti