Champions Chess Tour": Şəhriyar Məmmədyarovun uğursuz seriyası davam edir

10:32 19 Noyabr 2022

"Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsi davam edir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarışda növbəti görüşünü keçirib.

 

37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib. Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu - səkkisizinci sırada qərarlaşıb.

 

Qeyd edək ki, turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub. 


Digər xəbərlər

Xəbər xətti