Andrey Şevçenko Ukrayna Milli Olimpiya Komitəsindən istefa verdi

02:11 19 Noyabr 2022

Məşhur ukraynalı futbolçu Andrey Şevçenko Milli Olimpiya Komitəsinin yeni tərkibini əsas gətirərək, qurumdan çıxdığını açıqlayıb. Sportarena.az xəbər verir ki, bu barədə keçmiş futbolçu sosial şəbəkə hesabında məlumat yayıb:
 
“Ölkə tarixinin ən çətin vaxtında Ukraynanın yanında olmaqdan və qələbəmiz üçün əlimdən gələni etməkdən qürur duyuram. Mən bunu Milli Olimpiya Komitəsində şərəfli iş hesab edirəm, onun əhəmiyyətini anlayıram. Amma mən belə tərkiblə MOK-da qala bilmərəm”.
 
Onun sözlərinə görə, bütün dünya rusiyalı idmançıların bütün səviyyəli yarışlarda iştirakını boykot etdiyi bir vaxtda, Ukrayna MOK-un tərkibinə rusiyayönlü siyasi qruplardan olan şəxslər var.
 
Xatırladaq ki, Andrey Şevçenko futbolçu karyerası ərzində Kiyev "Dinamo"sunun, İngiltərənin "Çelsi" və İtaliyanın "Milan" klublarının şərəfini qoruyub. O, 17 il Ukrayna millisinin uğurları üçün çalışıb.


Digər xəbərlər

Xəbər xətti