Ozan Canın komandasından darmadağın

03:00 19 Noyabr 2022

Futbol üzrə Niderland I Divizionunda 16-cı turun görüşləri keçirilir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Eyndhoven" doğma meydanda "Telstar"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Ozan Can milli komandamızın düşərgəsində olduğu üçün bu oyunda komandasına kömək edə bilməyib.

 

Xallarını 29-a yüksəldən "Eyndhoven" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti