"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir" - Françesko Totti

12:24 19 Noyabr 2022

İtaliya millisinin veteran futbolçusu Françesko Totti Qətərdə keçiriləcək dünya çempionatından gözləntilərini bölüşüb.

Sportarena.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Totti mundialın İtaliyasız keçirilməsini şərh edib:

"İtaliyasız dünya çempionatı Kolizeysiz Roma kimidir. Bu, biz italyanlar üçün qeyri-adi haldır. Bu, çox pisdir. Bunlar baş verir və onları düzgün qəbul etmək lazımdır. Bu, fərqli dünya çempionatı olacaq, lakin böyük komandaların iştirak etdiyi vacib turnir olaraq qalır. Çempionluq üçün hansı komanda mübarizə aparacaq? Fransa, Braziliya, Argentina, Almaniya və İspaniyanın adını deyə bilərəm. Favorit yoxdur. Dünya çempionatında hər şey ola bilər”. 


Xəbər xətti