Lionel Messi DÇ-2022-də qızılı rəngdə olan butslarla oynayacaq

12:36 19 Noyabr 2022

Argentina millisinin üzvü Lionel Messi DÇ-2022-də geyinəcəyi butsları nümayiş etdirib.

Sportarena.az xəbər verir ki, butslar qızılı rəngdədir və onun üzərində 10 rəqəmi qeyd olunub.  DÇ-2022 Messi üçün 5-ci mundial olacaq. Onun komandası C qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa ilə mübarizə aparacaq. Argentina ilk oyununu noyabrın 22-də Səudiyyə Ərəbistanına qarşı keçirəcək. 



Xəbər xətti