“Bəzi oyunlarda vacib xallar itirmişik” - Eddi İsrafilov

16:22 19 Noyabr 2022

"Neftçi"nin yarımmüdafiəçisi Eddi İsrafilov klubun televiziyasına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, zədəsini sağaldan Azərbaycan millisinin üzvü komandaya kömək etmək üçün hazır olduğunu bildirib:

 

"Hazırda özümü çox yaxşı hiss edirəm. Ay yarımdır ki, komanda ilə məşqləri səbrsizliklə gözləyirdim. İndi kollektivlə birlikdəyəm və bundan zövq alıram. Oynamadığım dönəmdə komandanın performansını yaxşı dəyərləndirirəm. Düzdür vacib xallar itirdik, amma oyunu yaxşı qiymətləndirərdim. Baş məşqçinin ehtiyacı olarsa, hər an komandaya kömək etməyə hazıram. Birlikdə uğurlara imza atacağıq. 

 

Bizi "Səbail"lə heç də asan oyun gözləmir. Rəqibin yaxşı oyunçuları var. Amma biz "Neftçi"yik, böyüklüyümüz bundadır. "Səbail"lə matçda qələbə qazanmağa çalışacağıq. Baş məşqçi mənə neçə dəqiqə şans versə, həmin dəqiqələrdə komandaya xeyir verməyə çalışacağam". 


Digər xəbərlər

Xəbər xətti