FIFA prezidenti: "Üç saat pivə içməsən, sənə heç nə olmayacaq"

16:44 19 Noyabr 2022

"İnanıram ki, üç saat ərzində pivə içməsən, o zaman sənə heç nə olmayacaq".

Bunu FIFA prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı zamanı stadionlarda pivə satışının qadağan olunması ilə bağlı mətbuat konfransında deyib.

52 yaşlı funksioner ali futbol qurumunun mundialla bağlı hər qərarı ölkə ilə birlikdə müzakirə etdiyini və razılaşdırıldığını bildirib: "Pivə ala biləcəyiniz fan zonalar var. Eyni qanunlar Fransa, Şotlandiya və Portuqaliyada da qəbul edilir".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. 


Digər xəbərlər

Xəbər xətti