Cüneyt Çakır hakimlik karyerasını başa vurdu - FOTOLAR

00:30 20 Noyabr 2022

Türkiyənin beynəlxalq dərəcəli hakimi Cüneyt Çakır aktiv hakimlik karyerasını başa vurub.

Çakır bunu A Milli Futbol Komandasının Qaziantepdə Çexiya ilə keçirdiyi xüsusi matçında bildirib.

Türkiyə ilə Çexiya arasında keçirilən yoldaşlıq matçının ilk 5 dəqiqəsini idarə edən Çakır Milli Komandanın və çexiyalı futbolçuların meydanda qucaqlanması ilə təbrik edilib.

Stadionda azarkeşlər onu “Türkiyə sizinlə fəxr edir” şüarları ilə yola salıb.

Çakıra Türkiyə Futbol Federasiyasının (TFF) Prezidenti Mehmet Büyükekşi tərəfindən təşəkkür lövhəsi verilib. 



Digər xəbərlər

Xəbər xətti